Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2014

Leyla Yunus həbsdə təzyiqlərə məruz qadlığını bildirir

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus hüquqlarını müdafiə edən komitəyə durumu ilə bağlı məktub göndərib. B haqda komitənin şənbə günü keçirilən toplantısında komitə üzvü, jurnalist Xədicə İsmayıl bildirib.
L.Yunus Kürdəxanı təcridxanasında saxlandığı kamerada 53-54 yaşlı Nuriyyə Hüseynova adlı qadın tərəfindən təzyiqlərə məruz qaldığını bildirir. Həmin qadının bir neçə dəfə həbsdə olduğu deyilir. Bu qadın hüquq müdafiəçisinin üstünə qışqırmaqla bərabər fiziki zor tətbiq edəcəyilə hədələyir. L.Yunus bu adamın qızının indiki Azərbaycan prospektində optika mağazalarına sahib olduğunu nəzərə çatdırır.
Eyni zamanda 12 kv.metrlik kamerada 6 nəfər dusatağın saxlandığını qeyd edir./Turan/
1013 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02