Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2014

Ukrayna ordusu ciddi itki verdi: 100 ölü - Fotolar

Ukrayna ordusu Donbas vilayətinin İlovaysk şəhəri yaxınlığında ciddi itkilərə məruz qalıb.

Ukraynalı hərbçilər terrorçuların təklif etdiyi humanitar dəhlizdə tələyə düşüblər və qarşı tərəfin ciddi təzyiqləri ilə üzləşiblər.

"Krım" batalyonunun mətbuat xidmətindən verilən məlumatda deyilib ki, gülləbaran nəticəsində 100-ə yaxın Ukrayna hərbçisi öldürülüb, onlarla şəxs isə əsir düşüb:
"Bu da Rusiyanın təklif etdiyi "yaşıl dəhliz..." Əminik ki, bizi satıblar. Ortada yüzlərlə ölü və əsir düşənlər var. Hər hansı koridordan söhbət belə gedə bilməz. Üzərimizə güllə yağdırdılar. Təsadüf nəticəsində bəzilərimiz sağ qaldıq. Evə dönürük".

Xatırladaq ki, ukraynalı hərbçilərə humanitar dəhlizin verilməsi məsələsinə Rusiya Prezidenti Vladimir Putin də toxunmuşdu və əlavə etmişdi ki, Ukrayna ordusu separatçılara müqavimət göstərmədən hadisə yerindən uzaqlaşmalıdır. Əks halda ciddi itkilər olacaq. Görünür, Kreml ikinci varianta üstünlük verib.



/axar/

829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17
Masallıda so