Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2014

Dindar məhkum Rasim Kərimov müddətsiz aclıq aksiyasına başladı

«Səid Dadaşbəylinin işi» şərti adı ilə tanınan cinayət işi üzrə ittiham olunaraq 13 il müddətinə azadlıqdan mərhum edilən Kərimov Rasim Rafiq oğlu bu gündən cəza çəkdiyi Penitensiar Xidmətin 11 saylı cəzaçəmə müəssisəsində müddətsiz aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı məhkumun anası İradə Kərimova verib. İradə xanımın sözlərinə görə, oğlunun bu aksiyaya əl atmasına səbəb onun barəsində çıxarılan məhkəmə hökmlərilə razılaşmamasıdır: «Rasim ziyalı ailəsində böyüyüb. İslam Universitetinin məzunudur, 6 dildə sərbəst danışır. Vətənini sevən bir gəncdir. 2007-ci ildə Həcc ziyarətindən gələndə onu təyyarədə həbs edib olduqca ağır ittihamlar irəli sürdülər. O, Cinayət Məcəlləsinin 218.(cinayətkar birlik yaratma) ve 278(hakimiyyəti zorla əla alib saxlama) maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan mərhum edildi. Rasimin adı əksər beynəlxalq təşkilatların hesabatlarında siyasi məhbus kimi qeyd edilir. Dəfələrlə ölkənin hüquq müdafiəçiləri də bildiriblər ki, «Səid Dadaşbəylinin dəstəsi»nin işinə yenidən məhkəmə baxışı keçirilməlidir. Təəssüflər olsun ki, həmin istiqamətdə bir addım da irəliləyiş yoxdur. Bu səbəbdən də, oğlum bütün rəsmi dairələrə şikayət ünvanlayaraq, müddətsiz aclıq aksiyasına başlayıb».

İradə Kərimova daha sonra bildirdi ki, o, oğlunun məcburiyyət qarşısında qalıb bu addımı atmasından çox narahatdı: «Rasim 1981-ci ildə anadan olub. Çox ağır bir xəstəlikdən əziyyət çəkir. O, B.Eyvazov adina Elmi Tədqiqat Hematologiya ve Trasfuziologiya Istitutunda 26.09.1998-ci il tapixindən Q-6 fostat dehidrogema 2a 28 fermenti aktivliyini defisiti diaqnozu ile dispanser qeydiyyatindadir. Ambulator kartının nömrəsi 14405-dir. Mən Penitensia Xidmətin rəhbərliyindən və əlaqədar qurumlardan xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasınlar. Çünki Rasimin səhəti hər an pisləşə bilər».

Məsələ ilə əlaqədar Penitensiar Xidmətlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Mövzuya qayıdacayıq…/Azinform.az/
919 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı