Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

Putindən Avropaya ironiya

“Avropa İttifaqı ölkələrindən olan istehsalçıların Rusiya bazarlarına qayıtması çox çətin olacaq”.

Prezident Vladimir Putin belə bir bəyanatla Rusiyanın Birinci kanalına müsahibəsində çıxış edib.
V.Putin deyib ki, avropalı biznesmenlər öz ölkələrinin siyasətçilərinin Rusiyaya sanksiya tətbiq etmək barədəki qərarından çox məyus olublar: “Bizim yerli istehsalçılar və iş adamları da xaricdən gələn məhsulların yerini hələ tam doldura bilmirlər. Ona görə də biz digər istehsalçılarla işləyirik. Bunlar əsasən Braziliya, Argentina, Çili kimi Latın Amerikası ölkələridir, şərqli tərəfdaşlarımızdır, çinli biznesmenlərdir. Ən qəribəsi də budur ki, avropalılar onlara da müraciət edərək öz məhsullarını Rusiya bazarlarına göndərməməyə çağırırlar. Bu, təkcə qəribə deyil, həm də sadəcə olaraq gülməlidir. Ona görə ki, heç bir biznesmen geniş imkanları olan bazara girməkdən heç vaxt imtina etməz. Onlar Rusiya bazarlarında möhkəmlənib özlərinə yaxşı yer tutandan sonra Avropa Birliyi ölkələrinin iş adamlarının Rusiya bazarına qayıtması, əvvəlki yerini qaytarması çox çətin olacaq”./virtualaz/
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44