Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

Sanksiyalara cavab veriləcək

İran xarici işlər naziri Cavad Zərif, ABŞ-ın İrana qarşı yeni sanksiya qərarının, İranın nüvə proqramı üzərində davam edən müzakirələrdə anlaşma şərtlərini çətinləşdirəcəyini deyib

Cavad Zərif İranda səfərdə olan Finlandiya xarici işlər naziri Erkki Tuomioja ilə keçirdiyi görüşdə, “İran İslam Respublikası bu sanksiyalara cavab verəcək”, ifadələrini işlədib.

Qeyd edək ki, ABŞ hakimiyyəti keçən həftə İrana qarşı, sanksiyaları pozmaqda günahlandırdığı 25-dən çox şirkət və şəxsə yeni sanksiyalar tətbiq edilməsinə qərar verib. Bu şirkətlər arasında İran bankları, aviasiya və nəqliyyat şirkətləri var.
1043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber