Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

Bakıda II qrup əlilini küçənin ortasında döydülər - Fotolar

Qarabağ muharibəsi əlili, Füzuli rayonundan məcburi köçkün olan Səyavuş Aslanov günün günorta çağı küçənin ortasında döyülərək xəsarət alıb. 

Səbail rayonu, Bayıl qəsəbəsində məskunlaşan II qrup əlil rayon məhkəməsinin qarşısında Anar adlı şəxs tərəfindən zorakilığa məruz qalıb.

S.Aslanov  deyib: “Bir neçə ay bundan əvvəl Anar mənim qardaşım oğlu İlqar Aslanovla mübahisə edib. Qardaşım oğlunun üstünə maşın sürüb, ona bıçaqla xəsarət yetirib. Məsələ məhkəməyə qədər gedib çıxıb”.

Həmin iş üzrə məhkəmə prosesində iştirak edən Qarabağ əlili Səyavuş Aslanov məhkəmədən çıxarkən Anar növbəti “sürpriz”ini onun üzərində tətbiq edib. İdarə etdiyi 07 markalı avtomobillə onu üzərinə sürüb. Sonra da üzərində gəzdirdiyi  bıçaqla göz nahiyəsindən əlilə ağır xəsarət yetirib, bel və sinə nahiyəsinə zərbələr endirib hadisə yerindən qaçıb.

Anarın narkotik istifadəçısı olduğunu, buna görə də 3 dəfə məhkumluq həyatı yaşadığının iddia edən S. Aslanov bildirdi ki, o, zorakılığa məruz qalması ilə bağlı dərhal DİN-in 102 xidmətinə zəng edib. Sonra isə Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edib.

Əlili məhkəmə tibbi ekspertizaya göndəriblər. Tibbi ekspertiza S.Aslanovun üzərində aşkar onunan zorakılıq əlamətlərinin qəsdən törədildiyini sübuta yetirib. /publika/


1001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı