Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

Bakıda kirayənişin ev sahibini qətlə yetirdi

Bakıda qətl törədilib. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Samir Həsrət oğlu Zeynalov aralarında yaranan münaqişə zəminində qonşusu, 1969-cu il təvəllüdlü Nizami Səlimxan oğlu Nuriyevi bıçaqlayaraq qətlə yetirib. İlkin məlumata görə, 30 yaşlı Samir bir müddət öncə Sulutəpədə öldürülən şəxsin evində kirayənəşin kimi qalıb. Sonra aralarında yaranan narazılıqla bağlı ev sahibi kirayənəşini evindən qovalayıb.

Hadisə qonşuların gözü qarşısında baş verib.

Hadisəni törədəndən sonra Samir Həsənov könüllü polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb./apa/
954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP