Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Sumqayıt dünyanın ən çirkli on şəhəri arasında

Sumqayıt növbəti dəfə dünyanın ən çirkli şəhərləri siyahısına düşüb. Bu barədə Isveçrənin Yaşıl Xaç və ABŞ-ın Bleksmit Institutu birgə hesabat hazırlayıb. Siyahıda ilk iki yerdə Çinin şəhərləridir. Birinci yerdə Linfen şəhəridir ki, burada kömür çıxarılır və bütün yerli müəssisələr də yanacaq kimi ondan istifadə edir. Bunun nəticəsində şəhərdə hava həddindən artıq çirklidir, əhali tənəffüs yollarının iltihabı, dəri xəstəlikləri və ağciyər xərçəngindən daha çox əziyyət çəkir.

Ikinci yerdə qərarlaşan Tyanjin şəhəri isə qurğuşun istehsalının mərkəzi sayılır. Bu şəhərdə doğulan uşaqlar bir çox hallarda xəstə olur, onların inkişafında problemlər yaranır.

Siyahıda növbəti yerlərdə Hindistanın Sukinda və Vapi şəhərləri, ardınca da Perunun La Oroyya şəhəri gəlir.

Altıncı və yeddinci yerlərdə Rusiyanın şəhərləridir - Dzerjinsk və Norilsk. Rusiyanın özündə də ən çirkli şəhər sayılan Norilsk şəhərinin sakinləri digər rusiyalılarla müqayisədə 10 il az yaşayır. Bu şəhərdə yaşayanlar arasında xərçəng geniş yayılıb.

Çernobıl siyahıda səkkizincidir. Uzun illər keçməsinə baxmayaraq, nüvə fəlakətinin fəsadları hələ də aradan qalxmayıb.

Dünyanın ən çirkli doqquzuncu şəhəri Sumqayıtdır. Neft-kimya mərkəzi kimi salınan bu şəhərdə hava həddindən artıq çirklidir. Burada fəaliyyət göstərən zavodlar Sumqayıtın ekologiyasına mənfi təsir göstərib./azadlıq/
2124 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı