Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

Azərbaycan yolları: 9 ölü, 35 yaralı

Ölkədə ağır yol qəzalarının sayı xeyli artıb

Bazar günü Azərbaycan yollarında baş vermiş yol qəzalarında 9 nəfər həlak olub. Avqustun son günündə Respublika yollarında ümumilikdə 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə həlak olan 9 nəfərdən başqa 35 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avqustun 31-də Bakının Qradağ rayonunda, Korgöz qəsəbəsində minik avtomobilinin yük maşınına çırpılması ər və arvadının ölümünə səbəb olub. Ağdaşda isə toqquşan avtomobillərdən biri yanıb. Nəticədə 2 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb. Bundan başqa Bakının Sabunçu rayonunda 5 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Bu hadisədə isə 9 nəfər yaralanıb.
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber