Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

İcra başçısı Turkanda Xəzəri satıb

Gülağa İslamov edilən şikayətlərə isə məhəl qoymur, sahil zonasını qohumlarına peşkəş edib

Xəzər rayon icra başçısı Gülağa İslamov Xəzər dənizinin sahillərini özünün qohumlarına və Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəhbərliyində təmsil olunan şəxsə satıb. Türkan qəsəbəsi istiqamətində bütün sahili satışa çıxarmış icra başçısı bununla kifayətlənməyib, dənizi qurutmağa da cəhd edir.

Belə ki, İslamov dənizin sahilinə kənardan daş və qum gətirməklər onun bir hissəsini quruya çevirir. Sonra isə həmin yerləri satışa çıxarır. Qəsəbə sakinləri isə dənizə çıxışlarının bağlandığını deyirlər. Yalnız kiçik bir cığır qalıb ki, onun da yaxın zamanlarda bağlanacağı artıq dəqiqləşib.

Sakinlər bildirirlər ki, etirazlarını dinləyən yoxdur. Ona görə də, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət edərək, ondan kömək umurlar. Onlar deyirlər ki, Xəzər rayon icra başçısı Gülağa İslamov prezidentin verdiyi sərəncamları saya salmadan, öz şəxsi maraqları üçün vətəndaşların hüquqlarını tapdayır, qanunlara isə məhəl qoymur./jam/
774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53