Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

"Repressiyalara qarşı «peyvənd» tapılıb"

Əli Kərimli: «Şərlənib həbs olunan hər bir dostumuzu mübarizədə bir neçə nəfər əvəz etməyə hazır olanda...»

AXCP sədri Əli Kərimli hesab edir ki, hakimiyyət repressiyalarla fəal vətəndaşların gözünü qorxutmaq, onları susdurmaq niyyəti güdsə də, məqsədinə nail ola bilmir. Əli Kərimli Facebook səhifəsində bu barədə yazdığı statusla fikrini belə əsaslandırıb:

“Repressiyalara qarşı ”peyvənd" tapılıb. Elə bir “peyvənd” ki, onunla həbslər hökumət üçün tam faydasız vasitəyə çevrilir. Bu “peyvənd” tətbiq olunanda rejim nəinki qarşıya qoyduğu məqsədə nail ola bilir, əksinə, siyasi həbslər hökumət üçün yalnız başağrısına çevrilir. Indi isə izah edim.
Seymur bəyin həbsi ilk növbədə “Azərbaycan saatı” proqramını susdurmaq üçün həyata keçirilib. Əlbəttə, onun həbsi, üzvü olduğu Milli Şuraya da, Rəyasət Heyətində təmsil olunduğu AXCP-yə də, siyasət şöbəsinin müdiri olduğu “Azadlıq” qəzetinə də ciddi zərbədir. Amma həmin strukturlarda çox adam təmsil olunur. Bir müddət Seymur bəyin də əvəzindən işləyə bilərlər. Nəzərə alanda ki, Seymur bəy “Azərbaycan saatı”nın iki aparıcısından biridir və digər aparıcı Natiq bəy də bugünlərdə repressiyaya məruz qalıb (qardaşı Muradı narkotiklə şərləyib, həbs ediblər), əsas hədəfin “Azərbaycan saatı”nı susdurmaq olmasına şübhə qalmır. Bəli, rejim düşünüb ki, bütün çirkin vasitələrdən istifadə bahasına olsa da, bu iki cəsarətli jurnalisti sıradan çıxarıb efir məkanında yeganə obyektiv informasiya mənbəyi olan “Azərbaycan saatı”nı da qapatsın.
Belə bir məqamda Azərbaycanın iki tanınmış, istedadlı və cəsur xanım jurnalisti - Xədicə Ismayıl və Təhminə Tağızadə yeni təşəbbüslə çıxış ediblər. Proqramın dayanmaması üçün Seymur bəyin əvəzindən “Azərbaycan saatı”na aparıcılıq edəcəklərini bəyan ediblər. Dərhal da jurnalist bəylərin böyük siyahısı yaranıb ki, yox, biz bu riskli işi xanımların öhdəsinə buraxa bilmərik. Beləliklə, Seymur bəyin əvəzindən “Azərbaycan saatı”na aparıcılıq etmək üçün cəsarətli jurnalistlərin, hətta jurnalist olmayanların böyük bir növbəsi yaranıb.
Dostlar, repressiyalara qarşı yazının əvvəlində bəhs etdiyim “peyvənd” elə budur. Şərlənib həbs olunmuş hər bir dostumuzu bir neçə nəfər mübarizədə əvəz etməyə hazır olanda, həbslər hökumət üçün də mənasızlaşacaq, yalnız başağrısına çevriləcək. Indi söz xalqın hüquqları uğrunda mübarizə apardıqları üçün həbs edilmiş insanların mübarizəsinin nəticəsiz qalması ilə barışmayan azadlıqsevər, şərlə mübarizə aparmaqdan qorxmayan vətəndaşlarımızındır.
Xədicə xanıma və Təhminə xanıma isə böyük təşəkkürlər!
945 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:10
<