Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2014

"İŞİD" son 10 gündə Suriyada 31 edam "əməliyyatı" həyata keçirib

“İslam Dövləti” terror təşkilatı avqust ayının son 10 günündə Suriyanın müxtəlif bölgələrində onlarla şəxsi hökumət ordusuna cəsusluq etməkdə, təşkilata qarşı silah qaldırmaq, özlərini təşkilatın üzvü kimi təqdim etmək, mürtəd olub dindən çıxmaq, şiə və ələvi məzhəbinə mənsub olmaq kimi məsələlərdə ittiham edərək, 31 edam əməliyyatı həyata keçirib.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qruuna (SİHMQ) istinadla verdiyi xəbərə görə, “İslam Dövləti”nin edamları, əsasən terror təşkilatın nəzarətində olan, ər-Riqqa (şimal) və Dirazzur (şərq) əyalətlərində həyata keçirilb. Mənbə bildirib ki, edam edilənlərin sırasında məktəb müəllimləri, həkimlər, universitet müəllimləri, Suriya ordusundan ayrılmış sabiq zabit və əsgərlər və s. təbəqənin üzvləri vardır.

Qeyd edək ki, “İslam Dövləti” terror təşkilatı hazırda Suriyanın ər-Riqqa əyalətinin bütününü, Dirazzur əyalətinin 95 faizini və Hələbin şimal-şərqində bəzi bölgələri nəzarətdə saxlayır. İŞİD-in nəzarətdə saxladığı bu əyalətlər Suriyanın demək olar dörtdə bir hissəsini təşkil edir.
986 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...