Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

Ayaqqabılar sahibinə yol göstərəcək

Hindistanlı startapçılar öz sahibinə yolu göstərən ayaqqabı düzəldiblər. Sözügedən ayaqqabı hələ 2011-ci ildə düşünülüb, indi təxminən 50 insan ondan istifadə edir.

Qırmızı rəngli ayaqqabı GPS-in köməyi ilə məkanı və marşrutu müəyyənləşdirir. Lazımi istiqamətin göstərilməsi üçün ayaqqabıya quraşdırılmış xüsusi qurğu vibrasiya yaradaraq sahibini hərəkət istiqamətini dəyişdirmək haqda xəbərdar edir.

Ayaqqabı “Bluetooth siqnallarının köməyi və smartfon üçün xüsusi tətbiqlə idarə olunur. Adi batareya vasitəsilə enerji toplanılır. Həmçinin hərəkət zamanı sərf edilmiş kalori hesablanır.

Ayaqqabının qiyməti təxminən 100-150 dollar civarındadır. Əsas sifarişçilər istirahəti zamanı öz hərəkət marşrutu haqqında narahatçılıq keçirmək istəməyən turistlərdir./qafqazinfo/
1007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:46