Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

İŞİD-i himayə edənlər qorxuya düşüblər

İngiltərə baş naziri Devid Kemeron İŞİD-çilərin ölkəyə qayıdışının qarşısını alacaqlarını bildirib.

İngiltərə baş naziri Devid Kemeronun bu gün parlamentdə İŞİD-ə qarşı atılacaq addımlar barədə açıqlama verməsi gözlənilərkən, o, İraq və Suriyada İÇİD terror qruplaşmasında döyüşən ingilis “cihadçılar”a İngiltərəyə giriş yollarının bağlanacağını bildirib. Bu barədə İngiltərənin “Sunday Express” qəzeti xəbər yayıb.

“Xaricdə terror fəaliyyətləri ilə bağlı şübhəli bilinən ingilis vətəndaşlarının İngiltərəyə girişlərini dayandırmağı düşünürük” – deyə xəbərdə parlamentin belə bir radikal planı olduğu açıqlanıb.

İngiltərədə terror hücumu ehtimalının yüksək olduğunu düşünən ingilis hökuməti, təhlükəsizliyi artırmaq üçün müxtəlif addımlara əl atacaqlarını qeyd edib.
927 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber