Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

İraq qüvvələri Süleyman Bəy qəsəbəsini azad edib - Fotolar

İraq rəsmilərinin sözlərinə görə, İraq qüvvələri, kürd döyüşçüləri və şiə könüllüləri Kərkükün cənubundakı Süleyman Bəy qəsəbəsinə daxil olaraq «İslam Dövləti» yaraqlılarının 3 aylıq nəzarətinə son qoyub.

İraq qüvvələri dünən də iki aydır ki,«İslam Dövləti» yaraqlılarının mühasirəsində olan Əmirli qəsəbəsinə daxil olub.
ABŞ-ın təyyarələrinin müşayiəti ilə artıq qəsəbəyə humanitar yardım çatdırılmaqdadır.

ABŞ ordusu bu gün bildirib ki, bazar günü «İslam Dövləti»nə qarşı Mosul bəndi yaxınlığından başlayan hava hücumları davam edir.

Bugün habelə Britaniya baş naziri Devid Kameron parlamentə bildirib ki, Britaniya ABŞ-ın İraqda İŞİD-ə qarşı hava hücumlarını dəstəkləyir. O, «İslam Dövləti»nin yaratdığı terror təhlükəsinə qarşı Britaniyanın yeni qanun qəbul etməli olduğunu bildirib.

نوری المالکی در آمرلی

.................... 


826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber