Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

Cəmil Həsənli Əliyevin ittihamlarına cavab verdi

Cəmil Həsənli: «Beynəlxalq qrantların təxminən 90 faizini dövlət təşkilatları və hökumətyönlü QHT-lər alır»

«Hadisələr göstərir ki, hakimiyyət öz istədiyi kimi müxalifət və qeyri-hökumət düşərgəsi yaratmaq fikrindədir»


Məlum olduğu kimi, Ilham Əliyev bölgələrə səfərində müxalifətin ünvanına sərt fikirlər səsləndirib. Deyib ki, yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. Əliyev həmin vəsaitin müxalifət qurumlarının cibinə getdiyini iddia edib: “Müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə də o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər pul gəlir və bu pullar kimə gəlir? Daha sonra o pul hara gedir? Amma bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir”.

Maraqlıdır ki, dövlət başçısı bu iddianı səsləndirərkən yerli və beynəlxalq mətbuatda özü və ailəsinin adının hallandırıldığı şirkətləri, bank hesablarını, saya-hesaba gəlməz yatırımları unudur. Bütün maddi resursları bağlanmış və ciddi nəzarətdə olan müxalifəti bu istiqamətdə günahlandırmaq nə dərəcədə məntiqlidir?

Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq”a açıqlamasında Əliyevin ittihamlarıyla bağlı fikirlərini bölüşüb. Milli Şura sədri deyir ki, iqtidarlı-müxalifətli bütün Azərbaycan cəmiyyəti ilk növbədə işğalda olan ərazilərimizin azad olunması barədə düşünməlidir. Cəmil Həsənli Kaliforniya senatının qəbul etdiyi qərarı bir xəbərdarlıq kimi xarakterizə edir: “Ərazilərimiz daimi şəkildə düşmən nəzarətində qala bilməz. Bunun bir limiti olmalıdır. Cəbhə bölgəsində müxalifətə qarşı ittihamlar səsləndirmək bu vəziyyətdən çıxış yolu deyil. Ilham Əliyevin əlində hüdudsuz səlahiyyətlər var. Əgər hansısa bir müxalifət partiyası qanunu pozursa, buyursunlar, ortaya fakt qoysunlar. Azərbaycanda müxalifət partiyalarının vəziyyəti göz önündədir. Yəni, onların maliyyə imkanları, sosial vəziyyəti hamıya məlumdur. Onlardan birinin qərargahı bu ilin mart ayında partladılıb, lakin indiyədək heç kəs cəzalandırılmayıb. Müsavat partiyasının rəhbər heyətinə daxil olan şəxslər həbsdədir. Hakimiyyət öz əlində olan dövlət resurslarından öz əleyhdarlarına qarşı istifadə edir. Tofiq Yaqublu, Ilqar Məmmədov, eləcə də həbsdə olan siyasi məhbusların böyük əksəriyyəti müxalifət partiyalarının nümayəndələridir. Müxalifət partiyalarını hansısa maliyyə dəstəyi almaqda günahlandırmaq yersizdir”.

Cəmil Həsənli təəssüflə qeyd edir ki, Azərbaycanda, hətta qeyri-hökumət təşkilatları da müxalifət və iqtidaryönümlü olmaqla bölünüb. Beynəlxalq qrantların təxminən 90 faizini dövlət təşkilatları və hökumətyönlü QHT-lərin aldığını söyləyən Cəmil Həsənlinin sözlərinə görə, vəsaitin cəmi 7-8 faizi müstəqil qurumlara yönləndirilir. Amma bu vəsaitin belə, iqtidarı narahat etdiyini deyən Milli Şura sədri yada salır ki, hökumət müstəqil QHT-lərin rəhbərlərinə qarşı repressiyalar həyata keçirir: “Hadisələr göstərir ki, hakimiyyət özünün arzuladığı, özünün idarə etmək istədiyi müxalifət və qeyri-hökumət düşərgəsi yaratmaq fikrindədir”./azadlıq/
964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:40