Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

"Ərdoğan yalan danışır"

Suriya prezidenti Türkiyə hökumətinin ölkəsi ilə bağlı məkrli planlarından danışıb

Suriya prezidenti Bəşşar Əsəd Türkiyə mətbuatına müsahibə verib. "Xalq TV" kanalının müxbiri Ece Zereycan və "Yurd" qəzetinin yazarı Ömər Ödəmişin suallarını cavablandıran Bəşşar Əsəd, baş nazir Ərdoğanı tənqid atəşinə tutub.

Qeyd edək ki, Suriya dövlət başçısı müsahibə zamanı Türkiyə hökumətinin ölkəsi ilə bağlı məkrli planlarından danışıb: "Ərdoğan böhrandan əvvəl nə islahat, nə də demokratiyadan danışmadı. Onun hədəfi Suriya ilə Türkiyə xalqlarını birləşdirmək deyil, "Müsəlman Qardaşlar"ın Suriyaya qayıtmasını təmin etmək idi. Əsas məqsədi bu idi. Bundan başqa ağlına heç nə gətirmirdi. Əgər Ərdoğan iddia etdiyi kimi Suriyadakı problemin həlli üçün təkliflər irəli sürübsə, bu təkliflərin silahlı qruplara verilən dəstəklə nə əlaqəsi var? Türkiyənin baş naziri Qətərin maliyyə dəstəyi ilə silahlı qruplaşma üzvlərini silahla təmin edib Suriyaya göndərməkdədir. Ərdoğan yalan danışır. Və bu təklifləri maska olaraq istifadə edir. Biz istənilən nəsihəti qəbul etməyə hazırıq. Lakin Suriyanın daxilinə müdaxiləni qəbul edə bilmərik."/faktxeber.com
1638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...