Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

"Rusiya bizi nüvə silahı ilə hədələyir"

Ukraynanın müdafiə naziri Valeri Geletay şok açıqlama verib.

Ukraynanın UNİAN agentliyi bu barədə nazirin özünə istinadən xəbər yayıb. Məlumata görə, ölkənin şərqinin separatçılardan təmizlənməsi ilə bağlı əməliyyatlardan danışan nazir Moskvanın “qeyri-rəsmi kanallarla Ukraynanı taktiki nüvə silahının tətbiqi ilə hədələdiyini” söyləyib.

“Rusiya tərəfi müqaviməti davam etdirəcəyimiz təqdirdə bir neçə dəfə qeyri-rəsmi kanallarla bizə qarşı nüvə silahının tətbiq olunacağı ilə bağlı hədə-qorxu gəlib” - bunu öz faceook səhifəsində müdafiə naziri yazıb.

V.Geletayın fikrincə, Rusiya Ukraynada apardığı müharibəni uduzduğunu anladığı üçün qarşı tərəfi nüvə silahı ilə hədələyir.

Rusiya tərəfi isə ukraynalı nazirin bu sensasion bəyanatına hələ də hər hansı formada rəsmi münasibət bildirməyib.
835 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10