Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

"Hizbullah" rəsmisi Livan üçün İŞİD təhlükəsindən danışıb

Hərəkat rəsmisinin sözlərinə görə, təkfirçilərə qarşı dayanmaq üçün ordu, xalq və müqavimət hərəkatı birlikdə hərəkət etməlidir

İnterAz-ın "əl-Aləm" telekanalına istinadən məlumatına görə, Livanın "Hizbullah" müqavimət hərəkatının rəsmisi İŞİD-in Livan üçün ciddi təhlükə olduğunu bəyan edib.

Hərəkatın icraiyyə komitəsinin sədr müavini şeyx Nabil Kavuk dünənki çıxışında bildirib ki, təkfirçi qruplaşmanın Livan üçün törətdiyi təhlükə riskini kiçik hesab etmək olmaz, çünki, bu qruplaşmanın planlarında Livan ərazisinin işğalı da mövcuddur: “Livana qarşı terror təhlükəsi hələ də aktual, real və davamlıdır. Bu təhlükəni görməzdən gələnlər ya müxaliflərdir, ya da qərəzlilər və onların bu mövqeyi Livanın milli təhlükəsizliyinə zərbə vurur. Livanın müdafiəsində “Hizbullah”ın rolunu inkar edənlər aşkar bir həqiqətə qarşı çıxmış olurlar.”

Hərəkat rəsmisinin sözlərinə görə, terrorçu qrup İraq və Böyük Suriya ərazisində öz “xilafətini” qurmağı qəsd edir və “Böyük Suriya” anlayışı onların fikrincə Livanın ərazilərini də əhatə edir.

N.Kavuk qeyd edib ki, Livanın müdafiə olunmasında üç amil – ordu, xalq və hərəkat – birlikdə olmalıdır, orduya silah və sursat verilməzdən əvvəl siyasi baxımdan maarifləndirilməlidir.
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...