Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

“Rusiyadan əl çəkin”

Venesuela Prezidenti Nikolas Maduro Qərbdən Pusiyaya qarşı hücumları dayandırmağı tələb edib.

Prezident Karakasdakı çıxışında ABŞ və Avropa dövlətlərinin Moskva əleyhinə səsləndirdikləri hədələri ittiham edib:

“Biz Rusiyanın ünvanına səsləndirilən hədələri diqqətlə izləyirik. Müstəqil səsə malik olan Venesuela tələb edir ki, Rusiyanı ittiham edənlər ona qarşı hücumları dayandırsınlar, ona qarşı müharibə bəhanələri axtarmaqdan əl çəksinlər. Qoy sülh hökmran olsun”.

Maduronun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı hədələyirlər, o, müdafiə olunanda isə bu ölkəni Qərbə qarşı aqressiv siyasətdə günahlandırırlar.

Prezident əlavə edib ki, yeni sanksiyaların tətbiq edilmə hədə-qorxusu Rusiyanı dayandırmaq, Çinə və eləcə də BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Afrika) daxil olan digər dövlətlərə öyüd vermək cəhdidir.
839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber