Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

“İŞİD Mosulda küçədə istənilən qadını…”

“İndi vəziyyət sabitdir. Amerika İŞİD silahlılarını Ərbil və Kərkükdən uzaqlaşdırdı. Ancaq peşmərgə Mosulu geri almaq üçün mübarizə aparır”.

Bu sözləri İraqda Türkman Ədəbiyyatçılar və Yazarlar Birliyinin rəhbəri Əsəd Ərbil deyib.

Ə.Ərbilin sözlərinə görə, əvvəlcə bütün Mosul əhalisi İŞİD şəhərə girəndə onlara “xoş gəldin” dedi: “Amma elə ki, İŞİD Yunus, Cərcis və Şit peyğəmbərlərinin məkanlarını partlatdı, onda camaat onlardan uzaqlaşdı, qəzəbləndi. İndi Mosulda fürsət düşən kimi İŞİD-çiləri vurub öldürürlər. Mosulda 7 təşkilat İŞİD-lə bərabər idi, ayrıldılar”.

Birlik rəhbəri Mosulda nələrin qadağan olunduğunu açıqlayıb:

“Mosulda belə götürəndə həyat normaldır. Ancaq məmurlara maaş verilmir, mazut yoxdur, siqaret çəkmək yasaqlanıb, qadın salonları bağlanıb.

Qadınlara dar, qısa geyinmək qadağandır. İŞİD üzvləri küçələrdə istədikləri qadının əlindən tutub aparıb özlərinə arvad elan edirlər. Onların içərisində ingilislər, avropalılar — müsəlman olmayanlar var. Hər cür adam var”.

Ə.Ərbil kilsələrə, xristianlara toxunmamaq əmri verildiyini vurğulayıb. O, Ərbil-Mosul yolunun bağlı olduğunu da söyləyib./axar/
996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı