Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

Ukrayna İlovayskda böyük itki verdi

Rusiya ilə sərhəddə yerləşən Donetsk vilayəti İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə Ukrayna Ordusunun böyük itki verdiyi açıqlanıb. Bu barədə xəbəri Ukraynanın Dneprepetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Boris Filatov verib.

O deyib ki, şəhər uğrunda gedən döyüşlərdə 100-dən artıq ukraynalı hərbçi həlak olub.

B. Filatovun sözlərinə görə, separatçılar Rusiya Ordusunun hərbi artileriya sistemlərinin dəstəyi ilə Ukrayna hərbçilərinin mövqelərini dağıtmağa müəssər olub: “Müharibə bütün dəhşətləri ilə davam edir. Artıq hər iki tərəf bir-birinə faşist gözü ilə baxır”.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından isə bildirilib ki, İlovaysk şəhəri ətrafında gedən döyüşlərdə 200-ə yaxın Ukrayna hərbçisi əsir götürülüb./aznyus/
829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber