Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

Ukrayna ordusu tar-mar edildi

Ukrayna Daxili İşlər Nazirliyi Ukrayna Ordusunun darmadağın edildiyini təsdiq edib.

Bu barədə Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Qeraşenko yerli "5-ci kanal"ının canlı efirində bildirib.

O bildirib ki, Saur-Moqilada və Amvrosiyevkada gedən döyüşlərdə ordu Rusiya qoşunlarına məğlub olub.

Qeyd edək ki, bir müddət öncə Rusiya ordusunun bölmələri tərəfindən Saur-Moqila və Amvrosiyevkanın işğal olunduğu iddia edilmişdi.

Ancaq Ukrayna tərəfi bunu inkar edərək faktı təkzib etmişdi./ans/
881 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.