Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

İstanbulda Həzrət Əli (ə) Məscidinə hücum geniş etirazlara səbəb olub

İstanbul Büyükçekmecedə cəfərilər tərəfindən tikilən Həzrəti Əli (ə) Məscidinə edilən hücuma etirazlar davam edir. 20-30 Nəfərlik qrupun etdiyi hücum Türkiyədə son bir neçə ay ərzində cəfəri məscidlərinə qarşı üçüncü hücumdur, - Zeynebiye.com.

Hadisə barədə xəbərlər yayıldıqdan sonra Türkiyədə cəfərilərin əsas mərkəzlərindən Zeynəbiyədən və İstanbulun müxtəlif bölgələrindən Büyükçekmeceyə axın edən yüzlərlə cəfəri vətəndaş məscidin tikinti meydanında toplanıb. Daha sonra hadisənin əsas səbəbkarı olan məhəllə muxtarı Birol Bozkurtun ofisini mühasirəyə alan cəfəri gənclər burada "Şiə-Sünni qardaşdır, fitnəçilər alçqadır", "Məscidin Şiəsi-Sünnisi olmaz", "Lailaheillallah, Məhəmməd Rəsulullah (s), Məscidə uzanan əli qırarıq" şüarları səsləndirərək vəhdət mesajları veriblər.

Etirazların artmasından sonra məhəllə muxtarı polis tərəfindən mahal polis idarəsinə aparılıb. Hadisə yerinə gələn Büyükçekmece Mahal Polis İdarəsinin rəisi İstanbul valisi Hüseyn Avni Mutlunun "keçmiş olsun" mesajını çatdıraraq hücum edilən məscidin hamının namusu olduğunu bildirib.

Mövzunu şərh edən Dünya Cəfəri Alimlər Birliyi Qurucu sədri Həmid Turan isə cəfərilərin heç bir zaman fitnə ünsürü olmayacağını, amma hücumlar qarşısında da qətiyyən reaksiyasız qalmayacağını vurğulayıb.

Xatırladaq ki, iyun ayında yenə eyni bölgədə Esenyurt "Allahu Əkbər Məscidi", iyul ayında isə Esenyurt "Məhəmmədiyə Məscidi" eyni hadisə ilə üzləşib. Digər tərəfdən bu məşum hücumların məsullarının hələ də tapılmaması təkfirçi zehniyyəti cəsarətləndirir./deyerler/

 


1046 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber