Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

Cənub bölgəsində sahibkarlara «aylıq» qoyulub

Dövlət Əmək Müfətişliyiyinin xidmət rəisi Ərəstun Əbilovun Masallı, Cəlilaabad, Yardımlı, Biləsuvar rayonlarında şadlıq evlərindən pul toplayır

Dövlət Əmək Müfətişşliyi Xidmətinin Masallı, Cəlilabad, Biləsuvar və Yardımlı rayonları üzrə regional xidmət idarəsi ilə bağlı bölgədən daxil olan şikayətlərdə bildirilir ki, regional xidmət idarəsinin rəisi Ərəstun Əbilov bir çox özəl sahibkarlıq müəsissələrindən, mağazalardan, özəl kiçik şirkətlərdən, restoranlardan, şadlıq evlərindən, çayxanalardan aylıq və illik hesab alır.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Respubilkanın ərazisində hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə ilə məşğul olan fiziki şəxslərin (işəgötürənlər) tərəfindən Azərbaycan Respubilkası Əmək məcəlləsinə və Azərbaycan Respubilkasının əmək qanunverciliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (əmək qanunverciliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Şikayətçi şəxslər iddia edirlər ki, Ərəstun Əbilov Dövlət Əmək Müfəttişliyi rəhbərliyinə arxalanaraq qeyri-sahibkarlıq subyektlərindəndə “hesab” yığmaqla bərabər, lazım olanda onlara havadarlıq da edir.

Xidmət rəisinin Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən şadlıq evlərindən yaxşı “qazanc” əldə etdiyi qeyd olunur. Ərəstun Əbilov hər bir şadlıq evindən ayda 50-100 manat arası aylıq yığır. Adı çəkilən rayonlarda isə 60 yaxın şadlıq evinin olduğu bildirilir.

Bundan başqa Ərəstun Əbilov nəzarət etdiyi rayonlarda fəaliyyət göstərən çoxsaylı sahibkarlıq obyektlərinin, restoranların, şadlıq evlərinin, iri mağazaların, yanacaq doldurma məntəqələrinin və təsərrüfat subyektlərinin rəhbərləri ilə “anlaşaraq” onların işçiləri ilə bağlamadıqları əmək müqavilələrinə göz yumur. Qanunla Əmək Müfəttişliyi xidməti müqaviləsi olmayan işçiləri hüquqlarını təmin etməli və sahibkarın onlarla əmək müqaviləsi bağlamasına yardımçı olmalıdır. Ancaq Ərəstun Əbilov işçilərin hüquqlarını qorumaq əvəzinə sahibkarlara “xidmət” etməyi daha münasib bilir. Çünki xidmət rəisi məhz sahibkarların “rüşvəti” sayəsində özünə yaxşı var dövlət yığıb./pia/
959 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15