Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

İŞİD-çi güləşçimizin anasından şok sözlər

“Oğlumdan heç bir xəbərim yoxdur. Burda ürəyim partlayır”.

Bu sözləri İsmayıllı rayonundan Suriyada döyüşlərdə iştirak etmək üçün azyaşlı uşağı və həyat yoldaşı ilə birlikdə gedən güləşçimiz Rəşad Baxşəliyevin anası Mirvari Baxşəliyeva deyib.

Oğlunun ailəsi ilə Suriyaya gedəndən sonra çarəsiz vəziyyətdə qalan M.Baxşəliyeva nə edəcəyini bilmədiyini söylədi:

“Niyə heç kəs məni başa düşmək istəmir? Mənim balam gedib, canımın parası gedib. Axı ürəyim ağrıyır, ürəyim partlayır burda! Xahiş edirəm, unudun bu məsələni. Danışmaq istəmirəm”.

Xatırladaq ki, rayonun Xankəndi məktəbində bədən tərbiyəsi müəllimi olan R.Baxşəliyev Suriyaya döyüşməyə yollanıb. Onunla birlikdə rayondan bir neçə başqa ailə də gedib./axar/
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber