Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2014

İran istehsal etdiyi "S 300" raketinin analoqunu sınaqdan keçirtdi

İran yeni istehsal etdiyi "Bavar-373" raket əleyhinə müdafiə kompleksini sınaqdan keçirib. Bu barədə məlumatı Press TV İranın briqada generalı Fərzad İsmayıla istinadən yayıb, - "Lenta".

Sözügedən raket əleyhinə müdafiə kompleksi Rusiyanın "C 300" raket əleyhinə müdafiə kompleksinə alternativ olaraq istehsal edilib. Lakin, "Bavar-373" "S 300" raket əleyhinə müdafiə kompleksini xüsusiyyətlərinə görə bir neçə cəhətdən üstələyir. Bu üstün cəhətlər haqqında hələ ki, məlumat verilmir.

Bundan əlavə İran özünün istehsal etdiyi "Talaash 3" zenit raket kompleksini də sınaqda keçirib. Sözügedən raket kompleksi 200 kilometr məsafədə hədəfləri vura bilir.

Xatırladaq ki, 2007-ci ildə İran Rusiya ilə 800 milyon dollar dəyərində müqavilə imzalayıb. İmzalan müqaviləyə əsasən, Rusiya İrana 5 ədəd "S 300" raket əleyhinə müdafiə kompleksini ixrac etməli idi. Lakin, İrana tətbiq olunan beynəlxalq sanksiyalar fonunda Rusiya tərəfi İranla imzalanan müqavilədən imtina etdi. İran isə öz növbəsində Rusiyadan müqaviləni ləğv etdiyinə görə, 4 milyard dollar təzminat tələb etdi. İran Rusiyanın müqaviləni ləğv etdiyinə görə, bu ölkəyə qarşı Cenevrə məhkəməsində iddia qaldırıb./deyerler/
895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:48
İŞİD-in büt