Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

NATO Çexiyada irimiqyaslı təlimlərə başlayır

Sentyabrın 3-dən 15-dək Çexiyada NATO-ya üzv olan 12 dövlətin Hərbi-Hava Qüvvələrinin irimiqyaslı təlimləri keçiriləcək. Bu barədə təlimlər qərargahının rəsmi nümayəndəsi Maqdalena Dvorjakova bildirib.

Təlimlərdə Çexiyanın 1100 hərbçisindən başqa Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Hollandiya, Danimarka, Litva, Latviya, Slovakiya, ABŞ və Estoniyadan gəlmiş 300 hərbçi iştirak edəcək.

Təlimlərdə 30-dək döyüş təyyarəsi və helikopteri, 50 ədəd döyüş və köməkçi texnika istifadə etmək nəzərdə tutulub. Hava texnikasının uçuşları səhər saat 9-dan 23-dək ölkənin mərkəzi və şərqi hissəsindəki hərbi poliqonların üzərində baş tutacaq./apa/
841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı