Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Mixail Saakaşvili Yunanıstanda saxlanılıb

Gürcüstan Baş Prokurorluğu ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Yunanıstanın Samos adasında müvəqqəti saxlanılması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun məlumatına görə, keçmiş prezident bir neçə saat ərzində yunan polisinin nəzarəti altında olub.

“Sentyabrın 1-də Gürcüstan Baş Prokurorluğuna Yunanıstanın hüquq-mühafizə orqanları tərəfindən daxil olan məlumata əsasən, Mixail Saakaşvili Yunanıstan ərazisindən keçməyə cəhd edərkən yerli polis tərəfindən nəzarətə alınıb. Lakin Saakaşvili barəsində beynəlxalq axtarış elan olunması ilə bağlı “qırmızı sirkulyar” verilmədiyindən Yunanıstan polisi onu bir neçə saatdan sonra azad etməli olub”, deyə Gürcüstan Baş Prokurorluğunun məlumatında bildirilir.

Məlumatda, həmçinin, qeyd olunub ki, Mixail Saakaşvilinin beynəlxalq axtarışa verilməsi ilə bağlı lazımi sənəd paketi artıq İnterpola göndərilib.

Qeyd edək ki, bir neçə gün öncə Mixail Saakaşvilinin partiyasının üzvləri ilə birlikdə Türkiyə ərazisində Gürcüstanın “Sarp” sərhəd keçid məntəqəsinin bir neçə yüz metrliyində toplantı keçirməsi barədə video görünütü yayılıb./apa/
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı