Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Ukraynada 10 yerdə rus əsgərləri qeydə alınıb

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko Rusiya silahlı qüvvələrinin öz əsgərləri və hərbi texnikasını Donetsk şəhəri daxil olmaqla altı, Luqansk daxil olmaqla isə daha dörd bölgədə yerləşdirdiyini bildirib.

Qeyd edilən hər iki şəhər Rusiya tərəfdarı separatçıların istinadgahıdır.

Andrey Lısenko deyib ki, ölkənin şərqində 24 saat ərzində 15 Ukrayna əsgəri öldürülüb.

NATO Ukraynada Rusiyanın min əsgərinin olduğunu güman edir. Rusiya isə öz növbəsində əsgərlərinin Ukrayna ərazisində olduğunu dəfələrlə rədd edib.

Bu arada BMT-nin Baş katibi Ban Ki Mun Rusiya və Ukrayna arasında siyasi dialoqa çağıraraq, Ukrayna böhranının hərbi həlli olmadığını deyib.

BMT-nin qaçqın agentliyi isə Ukraynanın şərqində avqust ayıdan 117 milyon insanla müqayisədə hazırda 250 min insanın məcburi köçkün olduğunu bildirib.
Agentliyin Avropa bürosunun direktoru Vinsent Koxteh Cenevrədə müxbirlərə deyib ki, ərazilərin atəşə tutulması nəticəsində insanlar ərzaq, su və ehtiyac olan digər ləvazimatları əldə etmək imkanından məhrum olublar./ans/
1037 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22