Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Ariel: “Bizi Ərəb ölkələri cəsarətləndirir”

İşğalçı İsrailin tikinti naziri sionist Uri Ariel Ərəb dünyasının hərəkətlərinin İsrailin məskunlaşma siyasətinə kömək etdiyini söyləyib.

İştirak etdiyi radio proqramında etiraf kimi açıqlamalar edən nazir, Ərəb ölkələrinin rəhbərlikərinin həyata keçirdikləri siyasətin Fələstində İsrail varlığının qalmasına şərait yaratdığını vurğulayıb.

İsraildəki ən radikal sağı təmsil edən “Yəhudi Evi” partiyasının təmsilçisi nazir Ərəb ölkələrinin “səssiz” qalmalarının, məskunlaşma siyasətinə əhəmiyyət verməməklərinin Qərbi Şəriyə və Qüdsdəki yəhudilərin məskunlaşıb orada qalmasına kömək etdiyini bildirib.

Xatırladaq ki, İsrail illərdir işğal etdiyi Fələstin torpaqlarında məskunlaşma siyasətini davam etdirməkdədir. Son araşdırmalar və hesabatlara görə, İsrailin Qərbi Şəriyədəki məskunlaşma yerlərin son 5 ilə görə təkcə bir neçə ay içərisində yüzdə 50 faiz artdığı bildirilib.
845 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber