Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Samsun Galaxy Note 4-də "barmaq izləri"

Samsung, Galaxy Note 4də barmaq izi texnologiyasında yeniliklər edəcək. Samsung-un Galaxy S5 ilə birlikdə ortaya çıxardığı barmaq izi skanerinin Galaxy Note 4-ə də əlavə edilməsi, təəccüblü deyil. Ancaq Note 4ün barmaq izi skanerinə bir sıra yeni funksiyalar əlavə olunacaq.

SamMobile-ın məlumatına görə Galaxy Note 4 də, Galaxy S5 və Galaxy Alphada istifadə olunan Synaptics-in Natural ID həllindən faydalanacaq.

İlk yenilik «Barmaq izi ilə qısa yollar» adlanır. Bu yenilikdə hər barmaq izinizlə bir proqram və ya funksiya aktivləşdirəcəksiniz. Məsələn, telefonunuzun kilidini baş barmağınızla açdığınızda, birbaşa olaraq veb brauzeriniz açılacaq. Galaxy Note 4-ə gələcək olan ikinci barmaq izi funksiyası isə internetdə istədiyiniz saytlara birbaşa girişin təminatı ilə bağlıdır.
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat