Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Kadırov: “Mənimlə görüş üçün milyard da versələr…”

“Hətta bir milyard dollara belə mənimlə görüş təşkil etmək mümkün deyil”.

Bu barədə öz Feysbuk səhifəsində Çeçenistan Prezidenti Ramzan Kadırov yazıb. Belə bir məlumatın yazılmasına səbəb isə Osetiya sakininin aldadılması olub.

Osetiya sakini Teymuraz Qaqiev ailə üzvlərinin müalicəsinə yardım üçün Qroznıya Ramzan Kadırovdan xahiş etməyə gəlib. Lakin görüş üçün birbaşa müraciət etmək mümkün olmayıb. Teymuraz Qaqiev özünü Kadırovun nümayəndəsi kimi qələmə verən Həmzət Asuxanovdan kömək istəyib. Həmzət Asuxanov görüş təşkil etmək üçün ondan yüz min rubl tələb edib. O, pulu aldıqdan sonra yoxa çıxıb.

Ramzan Kadırov hüquq-mühafizə orqanlarına məsələnin araşdırılmasını tapşırıb. Kadırov onunla görüş təşkil etmək üçün hətta bir milyard dolların belə yetməyəcəyini deyib. O, insanların məlum ünvanlara müraciət etmələrini və istənilən yardımın ediləcəyini bildirib.
874 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP