Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Azərbaycanda 31 yaşlı kişi qəbiristanlıqda güllələndi

Dünən saat 22.00 radələrində Gəncənin 4 saylı şəhər qəbiristanlığında silahlı insident baş verib
Kəpəz TV-nin verdiyi məlumata görə, şəhər sakini, Nizami prospekti 10/2 ünvanında qeydiyyatda olan 31 yaşlı Zaməddin Fərəcov şəxsi münasibətlər zəminində hələ ki, istintaqa məlum olmayan şəxs tərəfindən “Vinçester” markalı odlu silahla güllələnib.

Ayaq nahiyəsindən ağır xəsarət alan zərərçəkən ətrafdakı insanların köməkliyi ilə Gəncə Şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Zaməddin Fərəcova tibbi yardım göstərilsə də vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, insidentin baş verdiyi qəbiristanlıq Göygöl rayonu ərazisində yerləşdiyindən hadisəni Göygöl Rayon Polis Şöbəsi araşdırır.

Faktla bağlı cinayət işi açılıb və hadisəni törədən şəxsin tapılması istiqamətində işlər aparılır.
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10: