Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
 Salam. Mən bir alimdən belə bir hədis dediyini eşitmişəm. Peyğəmbər buyurmuşdur ki, mənim ümmətimin alimləri Bəni-İsrailin peyğəmbərlərindən üstündür. Bu nə deməkdir? Əgər hədis doğrudursa ümmətin alimləri 12 imama işarədir yəqinki. Düzmü?
Bismillahir-rəhmanir-rəhim.

Cavab:
Əleykumus-salam.

Qeyd etdiyiniz hədis şiənin mötəbər hədis kitablarında gəlməmişdir hətta bəzi alimlər bunun hədis olmağını inkar edirlər, amma hədis kitablarında nəql olan belədir:
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

عُلَماءُ اُمَّتی کأنبياءِ بَنِی اِسرائيل

«Mənim ümmətimin alimləri Bəni-İsrail Peyğəmbərləri kimidir.» Biharul- ənvar, cild 2, səh 22.
Şiənin böyük alimi mərhum Kaşiful-ğitadan soruşurlar ki, bu hədisdə bəni-israil peyğəmbəri dedikdə ülul-əzm peyğəmbərlərinədə şamil olur ya yox o alim buyurur: Əgər hədisdə olan alimi yalnız imamlara şamil etsək bəli, amma ümumi məna etsək və fəqihləri nəzərdə tutsaq ülul-əzm peyğəmbərlərə şamil olmur.
İmam Sadiq (ə) buyurur: Alimlər biz Əhli-beytik, biz peyğəmbərlərin varisləriyik.
Allah sizə yar olsun.

1264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı