Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Poroşenkonun 2 seçimi qalıb

"Keçən həftəyə qədər ağlagəlməyən hadisələr olur. Ukrayna ordusu geri çəkilir. Hazırda Ukrayna prezidenti Poroşenkonun cəmi 2 seçimi var: ya rusiyapərəst separatçılara güzəştə getsin ya da qanlı müdafiə müharibəsini davam etdirsin".

Görə, bu haqda "Wall Street Journal" qəzeti yazıb.

Qəzet hesab edir ki, Putinlə razılığa gəlmək Poroşenko üçün “siyasi intihardır".

İndiyədək rusiyapərəst separatçılara “terrorçu” deyən Poroşenko indi onlara güzəştə getsə, simasını itirəcək.

Keçmi yüksək rütbəli Ukrayna diplomatı Filipchuk deyir ki, "Poroşenkonun cəmi bir neçə seçimi var, onların da hamısı pisdir”.

New York Times qəzeti yazır ki, BMT-nin qaçqınlar agentliyinin məlumatına görə, Ukraynadan qaçqınların sayı 1 milyonu keçdi. BMT xəbərdarlıq edir ki, bunun sonu olmasa, çox dağıdıcı nəticələri olacaq.

BMT-nin Rusiyaya istinadən verdiyi məlumata görə, Rusiyaya 814 min ukraynalı qaçıb, 10 minlərlə ukraynalı Avropa ölkələrinə gedib. Estoniyanın ehtimalına görə, bura 20 min ukraynalı gəlib. 260 min ukraynalı Rusiyadan qaçqın statusu almaq üçün müraciət edib.

Ukrayna hakimiyyətinin məlumatına görə, 2,2 milyon ukraynalı münaqişə bölgəsində yaşayır.

BMT-nin qaçqınlar üzrə Ali Komissarı Antonio Guterres deyib ki, böhran tez bir zamanda həll olunmasa, bunun nəinki dağıdıcı humanitar nəticələri olacaq, hətta bütün regionda sabitlik pozulacaq.

Mariupoldan son bir həftədə 10 min adam qaçıb./ans/
909 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber