Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Kadırov İŞİD-ə cavab verdi

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov İŞİD-in Qafqazı hücum hədələrinə cavab verib.

R. Kadırov Qafqazı hücumla hədələyən İŞİD üzvlərinin məhv ediləcəyini bildirib. O, İŞİD-in hədələrini "uşaq təhdidi" adlandırıb:

"Bu axmaqların İslamla heç bir əlaqələri yoxdur. Onlar öz cavablarını alacaqlar".

Qeyd edək ki, ötən gün “İslam Dövləti” (İŞİD) terror qruplaşması dünyanın ən böyük dövləti olan Rusiyanı hədələyib.

İŞİD terror qruplaşması rəhbərləri Rusiyanın bölgədəki maraqlarına qarşı çıxış edəcəklərini iddia ediblər. İŞİD-in belə bir addım atmasına səbəb kimi Suriyada Bəşər Əsədə rus hakimiyyətinin dəstəyi göstərilir.

İŞİD qruplaşması sosial şəbəkədə Suriya Hərbi Hava Qüvvələrinin keçmiş bazasında çəkilmiş video-çarxı yayımlayıb.

Videoda İŞİD silahlısı qırıcı təyyarəyə oturaraq “Rusiyanın Əsəd üçün göndərdiyi bu təyyarələri Çeçenistan Respublikasının və Qafqazın azad olunması üçün istifadə edəcəyik” ismarışı göndərir.
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber