Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

"Prezidentlərin görüşməsi, siyasi oyundur"

Zərdüşt Əlizadə: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi, siyasi oyundur”

Noyabr ayında Rusiyanın Soçi şəhərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Sej Sərkisiyan arasında görüş baş tutacaq. Görüşün Avropa Birliyi üzrə Şərq Tərəfdaşlığı toplantısı ərəfəsində keçirilməsi ekspertlərdə müəyyən suallar yaradıb. Bu görüşlərın Qarabağ münaqişəsinin həlli yolunda olduğu irəli çəkilsə də, əslində müəyyən qaranlıq məqamlar da sezilir.

Bu görüşü böyük siyasi oyunun bir hissəsi sayan politoloq Zərdüşt Əlizadə Deyerler.Org-a bildirib ki, Ermənistanda ermənilər, Azərbaycanda azərbaycanlılar qarət edilir: “İki prezidentin görüşməsinin Qarabağ və ya Gömrük İttifaqı ilə heç bir əlaqəsi yoxdur. Hər iki dövlət başçısı, istər Minisk qrupu həmsədrləri bir siyasi oyun oynayırlar. Bu oyunun mənası münaqişənin həlli naminə siyasi prosesdir. Bu siyasi prosesin getməsi üçün münaqişənin başlanması, inkişafı və dondurulması üçün əlindən gələni etmiş üç dövlətin xarici işlər nazirliklərinin nümayəndələri, Minsk qrupu həmsədrləri qismində bölgəyə mütəmadi səfərlər edirlər.

Münaqişə edən dövlətlərin başçıları da mütəmadi görüşməlidirlər. Hərdən onlar bir-birlərindən küsməlidirlər, guya münaqişəsinin həlli üçün ortaq məxrəc tapılmayıb. Ölkələrində seçkilər keçiriləndən sonra yenidən görüşməlidirlər. Bütün bunlar bir görüntü yaratmalıdır ki, güya bunlar gecə-gündüz Qarabağ münaqişəsinin həlli yolunu axtarırlar. Yəni bu xalqı aldatmaq üçün bir oyundur. Əslində isə Ermənistanda ermənilər, Azərbaycanda azərbaycanlılar qarət edilir. Minsk qrupu həmsədrləri də bu münaqişədən öz maraqlarını təmin edir”.
2148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı