Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

İŞİD-ə qoşulan türk gəncin acı taleyi

İŞİD-daha bir türk gənci qətlə yetirib.

Türkiyənin Ceyhan vilayətində yaşayan 52 yaşlı Fadıl Dağ adlı bir şəxsin 28 yaşlı Orxan Dağ adlı oğlu İŞİD-çilər tərəfindən qətlə yetirilib.

Orxan Dağ bir müddət öncə qaçaq yolla Suriyaya gedib və İŞİD-ə qoşulub.

Oğlunun arxasınca Suriyaya gedən ata orada övladının öldürülməsi xəbərini alıb. Daha sonra ata oğlunun cənazəsini yerini öyrənib, Türkiyəyə gətirmək iştəyib. Amma İŞİD-in üzvləri Fadıl Dağın bu istəyinə qarşı çıxıblar və cənazəni verməyiblər.

Beş uşaq atası olan F.Dağ Ceyhan vilayətinə qayıtdıqdan sonra oğlu üçün dəfn mərasimi təşkil edib və valideynlərə də öz məsləhətini verib:

“Hökumətdən oğlumun cənazəsini gətirmələrini istəyirəm. Allah gənclərimizi qorusun. Bütün ailələri bu məsələdə diqqətli olmağa çağırıram. Övladlarımızın beyninə təsir edib aparırlar. Amma biz övladlarımızı ata bilmərik”./ans/
1166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı