Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

ARDNŞ-də müəmmalı qətl

Avqustun 19-da ARDNŞ-in Neft Kəmərləri İdarəsinin "Dübəndi" neftaşırma sahəsində dünyasını dəyişən Cəlilabad sakini, 1987-ci il təvəllüdlü Həsənov Fərid Eldar oğunun ölüm səbəbləri ilə bağlı gizli məqamlar ortaya çıxıb.

Mərhumun ailəsi iddia edir ki, Fərid heç də işlədiyi çənin içindəki ayaqaltının aşması nəticəsində yıxılaraq dünyasını dəyişməyib. Onun küt alətlə qətlə yetirildiyi iddia olunur.

Hadisənin təfərrüatları ilə bağlı danışan mərhumun anası Arzu Həsənova deyir ki, Fəridi işə bibisinin yoldaşı Mirzə adlı şəxs düzəldib. Bununla yanaşı, Mirzə daha iki bacısı oğlunu - Hənifə və Həsəni də Neft Şirkətində işə düzəlib.

A.Həsənova iddia edir ki, oğlunun ölümündə də adıçəkilən hər üç şəxs günahkardır. Onun sözlərinə görə, Fərid ölümündən bir gün öncə evə zəng edərək anası ilə danışıb. O, anasından toyda bibisi qızının başqa birisi tərəfindən qaçırılıb-qaçırılmaması barədə soruşub.

Fərid telefonda bildirib ki, Hənifə Mirzənin qızının toydan qaçırılmasına məhz özünün mane olduğunu, bu üzdən də "Qaçırılma əməliyyyatı"nın baş tutmadığını deyir.

A.Həsənova onu da bildirib ki, Fəridin bibisi və yoldaşı, yəni Mirzə dəfələrlə qızlarını Fəridə vermək istəyiblər. Ancaq Fəridin anası bu izdivacın əleyhinə olub.

Ona görə də valideynlər iddia edirlər ki, Fəridin ölümü bu "imtina"dan sonra reallaşıb. Belə ki, Fərid məqsədli şəkildə mübahisəyə cəlb olunub və küt alətlə qətlə yetirilib.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq davam edir./musavat/
984 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı