Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Leyla Yunusu karser təhlükəsi gözləyir

1 saylı Kürdəxanı istintaq təcridxanasında həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, ona qarşı təxribat hazırlanır və cümə günü, sentyabrın 5-də o, karserə düşə bilər.

O qeyd edir ki, nəzarətçi Nəzakət Məmmədova və onunla eyni kamerada qalan residivist Nariya Hüseynova ona psixoloji təzyiq göstərir.

Təcridxana rəhbərliyi ilə görüşmək cəhdləri uğursuzluqla nəticələnir. Diabet xəstəsi olan Yunusa lazımi tibbi xidmət də göstərilmir.

Leyla Yunus iyulun 30-da digər hüquq müdafiəçiləri ilə birlikdə Azərbaycanın vahid siyasi məhbuslar siyahısını tərtib etdikdən sonra həbs edilib. O və həyat yoldaşı Arif dövlətə xəyanətdə ittiham olunub./contact/
1062 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21
Dolların