Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

Üzeyir Cəfərov: “İki gündür həbs xəbərdarlığı alıram”

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov tezliklə həbs ediləcəyi ilə bağlı xəbərdarlıqlar alır.

Bu barədə Ü.Cəfərov özü facebook səhifəsində məlumat yayıb. O, həbs edilməsi ilə bağlı iki gündür həbs xəbərdarlığı aldığını deyib.

Qeyd edək ki, Ü.Cəfərov avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində PA rəhbəri tərəfindən tənqid olunmuşdu. R.Mehdiyev Ü.Cəfərovun adını çəkərək onu Azərbaycan ordusuna və dövlətçiliyə qarşı yönələn fəaliyyətdə ittiham etmişdi.

“Məni həbs etmək istəyirlər və yəqin artıq bu haqda qərar verilib. Mən buna hazır olmalıyam. Amma bəri başdan deyirəm ki, mənə qarşı irəli sürülə biləcək ittihamların heç birinin əlamətləri belə məndə yoxdur” - deyə Ü.Cəfərov qeyd edib./virtualaz/
1280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı