Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

Azərbaycanda silahlı insident

Gəncənin 4 saylı şəhər qəbiristanlığında silahlı insident baş verib.

Şəhər sakini, Nizami prospekti 10/2 ünvaninda qeydiyyatda olan 31 yaşlı Fərəcov Zaməddin Mikayil oğlu şəxsi münasibətlər zəminində hələ ki, istintaqa məlum olmayan şəxs tərəfindən “Vinçestr” markalı odlu silahla güllələnib.

Ayaq nahiyəsindən ağır xəsarət alan zərərçəkən ətrafdakı insanların köməkliyilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatoliogiya şöbəsinə yerləşdirilib.

Zaməddin Fərəcova tibbi yardım göstərilsə də, vəziyyəti ağır qiymətləndirilir. Zərəçəkmişə sol baldırın 3/1 hissəsinin dağılmış yarası diaqnozu qoyulub. İnsidentin baş verdiyi qəbiristanlıq Göygöl rayonu ərazisində yerləşdiyindən hadisəni Göygöl Rayon Polis Şöbəsi araşdırır.

Faktla bağlı cinayət işi başlanılıb və hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat aparılır./ans/
954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:27
Banklar kütləvi ş