Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

Hikmət Hacızadənin ofisi bağlandı, hesablarına həbs qoyuldu

Son günlər QHT sektorunda baş verənlər ölkənin siyasi gündəminin əsas mövzusuna çevrilib.

Qaynar.info-ya daxil olan məlumata görə, bir neçə gün öncə tanınmış politoloq, Müsavat Partiyasının divan üzvü Hikmət Hacızadənin həm şəxsi, həm də rəhbərlik etdiyi təşkilatının bank hesablarına prokurorluq tərəfindən həbs qoyulub.

Bununla yanaşı, FAR CENTRE (uzaq mərkəz) ictimai birliyinin ofisi və Mustafa Sübhi küçəsində yerləşən Gənclər Mərkəzinin qərargahını da bağlayıblar. Beləliklə, ofisin bağlanması üzündən təşkilat avqustun 18-dən fəaliyyətini dayandırıb.

Bildirilir ki, Gənclər Mərkəzi Hikmət Hacizadənin rəhbərlik etdiyi FAR CENTRE QHT-si tərəfindən formalaşdırılmışdı və müstəqil gənclərin toplana biləcəyi yeganə yer idi.

"Qərargahın maliyyə xərci Amerikanının NED (Demokratiyaya Yardım Fondu) tərəfindən qarşılanır", - deyə məlumatda bildirilir.

Məlumatı Hikmət Hacızadə özü də təsdiqləyib./azadlıq/
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38