Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

Azərbaycan milli komandasından biabrçı məğlubiyyət

Azərbaycanın futbol üzrə əsas milli komandasl növbəti yoxlama oyununu keçirib.

Berti Foqtsun rəhbərlik etdiyi komandamız Rusiya yığması ilə qarşılaşıb.

“Avro-2016”nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstanla keçiriləcək oyuna hazırlıqq xarakteri daşıyan görüşdə millimiz 0:4 hesabı ilə uduzaraq, darmadağın olub.

Qeyd edək ki, bir neçə gün sonra "Avropa Çempionatı-2016"nın seçmə mərhələsi start götürəcəık. Azərbaycan milli komandası H qrupunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan, Malta ilə mübarizə aparacaq.
Ümumiyyətlə seçmə mərhələdə 53 komanda 9 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutan komandalar və üçüncülər arasında ən yaxşı göstəricisi olan komanda 2016-da Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə alacaq. Üçüncü pilləni tutan digər 8 komanda cütlüklərə bölünərək finala daha dörd vəsiqə uğrunda yarışacaq.

Azərbaycan milli komandasının H qrupundakı oyunlarının təqvimi:

9 sentyabr 2014: Azərbaycan - Bolqarıstan

10 oktyabr 2014: İtaliya - Azərbaycan

13 oktyabr 2014: Xorvatiya - Azərbaycan

16 noyabr 2014: Azərbaycan - Norveç

28 mart 2015: Azərbaycan - Malta

12 iyun 2015: Norveç - Azərbaycan

3 sentyabr 2015: Azərbaycan - Xorvatiya

6 sentyabr 2015: Malta - Azərbaycan

10 oktyabr 2015: Azərbaycan - İtaliya

13 oktyabr 2015: Bolqarıstan - Azərbaycan.
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27