Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

"Facebook" ötən gecə yarım milyon itirib

"Facebook" ötən gecə yarım milyon itirib “Facebook” sosial şəbəkəsinin işində sentyabrın 4-nə keçən gecə 20 dəqiqə davam edən növbəti fasilənin yaranmasını dünyanın əksər ölkələrinin istifadəçiləri hiss edib.

Bu barədə internet saytlarının iş statusunu izləyən “DownForEveryoneOrJustMe” servisinin məlumatında deyilir.

Belə ki, ötən gecə sosial şəbəkədən Rusiya, ABŞ, Tailand, Böyük Britaniya, Almaniya və digər ölkələrdə istifadə qeyri-mümkün olub. Problemlər “Facebook”un həm fərdi kompüterlər, həm də mobil əlavələr versiyalarında qeydə alınıb.

Bundan başqa, istifadəçilər sosial şəbəkəyə məxsus "Instagram” fotoservisinin işində də fasilələrin yaranması ilə üzləşib.

Gecədən xeyli ötmüş servislərin fəaliyyəti ABŞ, Rusiya və bir sıra digər ölkələrdə bərpa olunub. Bununla yanaşı, qeyd edilir ki, “Facebook”un işi bəzi ölkələrdə tam bərpa edilməyib.

“Facebook”un 2014-cü ilin ikinci rübündə mədaxilinin 2,91 milyard dollar təşkil etməsini nəzərə almaqla şirkət orta hesabla dünya miqyasında işində yaranan bir dəqiqəlik fasiləyə görə 22,5 min dollar itirir.

Beləliklə, dünən yaranan 20 dəqiqəlik fasilə sosial şəbəkənin təxminən yarım milyon dollar itirməsinə səbəb olub. “Facebook” nümayəndələri budəfəki fasilənin səbəblərini hələ ki şərh etməyib.

“Facebook”un fəaliyyətində may, iyun və avqustda fasilələr qeydə alınıb. Sosial şəbəkədən hər ay 1,32 milyard istifadəçi istifadə edir, - "Lenta” yazır.
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
</