Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

İqtidarda “nurçu savaşı” yenidən şiddətlənib

Ərdoğanın səfəri ərəfəsində ilginc ittihamlar
Hakimiyyət daxilində “nurçu savaşı” səngiməyib, əksinə daha da şiddətlənib. Bu barədə redaksiyamıza məlumatı iqtidardakı mənbə verib. Mənbə bildirib ki, nurçu şəbəkəyə bağlı olduğu bildirilən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov və komandası zərərsizləşdirilsə də, bu savaşın bitməsi üçün kifayət etməyib.
“Iqtidardaxili qruplaşmalar bu kartdan bir-birinə qarşı istifadə etməyi daha məqsədəuyğun sayırlar. Digər tərəfdən Elnur Aslanov və ətrafı, onların təmsil olunduğu qruplaşmanı tamamilə sıradan çıxarmaq üçün rəqiblərin əlinə yaxşı fürsət verib. Beləliklə, hakimiyyət daxilində demək olar ki, hər kəs nurçu ittihamı ilə üz-üzədir”, - deyə mənbə bildirib. Mənbə əlavə edib ki, savaş Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ərəfəsində pik həddə çatıb: “Iqtidarın nəzarətində olan ayrı-ayrı xəbər saytlarında hakimiyyətdəki nurçularla bağlı yeni siyahıların yayılması da bunun təzahürüdür. Ərdoğanın Azərbaycana səfəri zamanı bu məsələni ciddi müzakirə edəcəyi qruplaşmalara bəlli olduğundan informasiya bu məsələni mediada qabardıblar”.
Qeyd edək ki, Ərdoğanın səfəri ərəfəsində hakimiyyətin nəzarətində olan bəzi saytlarda nurçularla bağlı gedən yazılarda bir çox şəxslərin adı hallanıb. Bu sırada Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, onun kadr məsələləri üzrə müavini Xalik Məmmədovu, deputat Qənirə Paşayevanı adını çəkmək olar.
Veteninfo.az saytında isə hakimiyyətdəki nurçularla bağlı ilginc məlumatlar yer alıb. Bu məlumatlar Ərdoğanın Azərbaycana səfərindən bir neçə gün əvvəl ictimailəşdirilib.
Məsələn, bildirilir ki, Azərbaycandakı nurçu şəbəkə 2015-ci ilə hazırlıq görür. Məlumata görə, Elnur Aslanov və Ceyhun Osmanlı diqqət mərkəzində olduğundan Camaatın yeni gənclər sektoru üzrə imamı Azərbaycan qəzetinin siyasət şöbəsinin redaktoru Ixtiyar Hüseynlidir. Onun hazırkı missiyası Şəbəkənin gənclik qolunu 2015-ci ilə qədər dağılmadan sakit şəkildə idarə etməkdir. Rauf Mərdiyev və Fərhad Məmmədovun da dəstək verdikləri yeni imam əsasən “Bürc”də keçirdiyi görüşlərdə şəbəkənin dağılmaması üçün vədlər verir, gözlənilən parçalanmanın qarşısını almağa çalışır.
Məqsəd isə 2015-ci ilə monolit komanda ilə gedərək, Türkiyə praktikasını Azərbaycanda gerçəkləşdirib, Ərdoğana qarşı edə bilmədiklərini Azərbaycanda tətbiq etməkdir. Bunun üçün isə hələlik hücrə evlərinin “yatması” lazımdır.
Sehirli parol isə budur: “Hər şey yaxşı olacaq”.
Bundan başqa məlumatda deyilir ki, Vergilər Nazirliyində də nurçu şəbəkə daxil olan xeyli adam var. Onlar bu şəbəkəyə tabel olmaqdan imtina edən bir çox iş adamına qarşı “vergi dəyənəy”indən də istifadə edirmiş. Nurçu şəbəkənin Vergilər Nazirliyindəki “imamı” isə qurumun Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Şaiq Isfəndiyar oğlu Xəlilovdur./azadlıq/
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:49