Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

İŞİD Suriyada kürdlərin 10 qadın snayperçisini öldürüb

İŞİD terror təşkilatının üzvləri İraq-Suriya sərhədində yerləşən əl-Yarubiyyə bölgəsində gedən döyüşlərdə kürd qüvvələrinin sıralarında vuruşan 10 sərrast qadın snayperçini öldürüblər.

Suriya İnsan Hüquqlarını Müşahidə Qrupunun verdiyi xəbərə görə, öldürülən atıcılar kürdlərin Xalq Müdafiə Bölmələrinin (YPG) üzvləridir.

Qarşıdurmalar Suriyanın digər bölgələrində də davam edib. Dəməşqətrafı əyalətin əl-Məliha və Cubar rayonları isə daha şiddətli qarşıdurmaların şahidi olub. Hökumət qırıcıları bu iki rayona onlarla zərbə endirib. Qırıcı təyyarələr “İslam Dövləti”nin Dirəzzurdakı bir qərargahını dağıdıb; terrorçular xeyli itki veriblər.

Hazırda Suriyada ən strateji və taleyüklü döyüşlər Dəməşqətrafı, Qunaytara və Hələb əyalətlərində gedir./SalamNews/
1108 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber