Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2013

Abgül Süleymanovun şikayəti təmin edilib

Noyabrın 6-da Ali Məhkəmə ruhani Abgül Süleymanovun şikayətinə baxıb. Vəkil Cavad Cavadlı “Media forum”a bildirib ki, şikayət təmin olunub.

Cavad Cavadlı deyib ki, Qaradağ Rayon Məhkəməsində Abgül Süleymanovun həbsxanaya keçirilməsi ilə bağlı qərar qəbul edilərkən heç bir araşdırma aparılmayıb: “Cəzaçəkmə müəssisəsi rəhbərliyinin təqdimatında göstərilən hallar mübahisəsiz fakt kimi qəbul edilmişdi. Apellyasiya şikayətində biz məsələ qaldırmışdıq ki, baxış məhkəmə istintaqı ilə aparılsın. Bakı Apellyasiya məhkəməsi şikayətimizi təmin etməmişdi. Bu qərardan şikayəti vermişdik. Ali Məhkəmə bizim şikayətimizi əsaslı saydı”.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu il Aprelin 24-də Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqqında qərar çıxarıb.
2219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu