Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2014

Qorxunc hesabat: “Skinhed qurbanı qafqazlılardır”

Rusiyada 2014-cü ildə irqçi qruplaşmaların xarici ölkə vətəndaşlarına qarşı hücumları ilə bağlı hesabat yayılıb.

Hesabatda cari ildə bu hücumlar nəticəsində 13 adamın öldürüldüyü, 74 nəfərin isə yaralandığı yer alır.

Rusiya İnsan Hüquqları Dərnəyinin (SOVA) açıqladığı hesabatda Rusiyanın 21 şəhərində irqçi hücumlarının baş verdiyi açıqlanıb.

Hesabatda o da bildirilib ki, 2014-cü ildə Rusiyanın 43 bölgəsində irqçi təcavüzkarlara qarşı onlarla cinayət işi açılıb və nəticədə 89 nəfər cinayətkar tutulub.

Hesabatda əsas diqqət çəkən məqam isə skinhedlərin Moskva və Sank-Peterburqda əsas hədəfinin Orta Asiya və Qafqazdan gələn immiqrantlar olduğudur.

Xatırlada ki, SOVA-nın ötən ilki hesabatında irqçi hücumlar nəticəsində 20 nəfərin öldürüldüyü, 173 nəfərin isə yaralandığı bildirilmişdi./axar/
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber